Deputat-rektor tikinti şirkətindən nə istəyir- Məhkəmə qalmaqalı
Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidov tikinti şirkətini məhkəməyə verib. Rektor məhkəmədən şirkətin tikilisinin sökülməsini tələb edir.
Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, Azərbaycan Dillər Universiteti «TMT İnşaat» MMC və bu MMC-nin rəhbərliyinə qarşı qaldırdığı iddia ərizəsinə birinci məhkəmə instansiyasında baxılıb. Lakin mübahisə həll olunmayıb. Hazırda həmin məhkəmənin qərarından verilən şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «Səməd Səmədovun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin rəsmi iddiaçı qismində çıxış etdiyi məhkəmə işi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə araşdırılır. İş üzrə iyulun 31-nə iclas saatı təyin edilib. Həmin günü universitetin «TMT İnşaat» MMC-dən qanunsuz tikilinin sökülməsi tələbi ilə bağlı proses davam etdiriləcək».