Həmin adam deyib ki, hazırda A.Məmmədov xeyli arıqlayıb, ürəyində, böyrəyində qəfil sancılar əmələ gəlib, yeyib-içdiyini qaytarır. Tanışının sözlərinə görə, A.Məmmədovun və ailəsinin onu müalicə etməyə imkanı olmadığı üçün olduqca pis durumdadır: "Ayxan heç yerdə işləmir, gəliri də yoxdur. Nənəsi də təqaüdçü qadındır, 120 manat təqaüdlə dolanır. Bu adam xəstəxanada müalicə olunmalıdır. Amma buna pulları yoxdur. Kimə ağız açırlarsa, yox cavabı alırlar. Qohum-əqrəbaları, anasının dostları onlara heç bir yardım etmir”.
Tanışı bildirib ki, hətta ailəyə borcu olanlar da pulu qaytarmırlar. Belə ki, anası sağlığında xeyli adama borc verib və indi oğlu həmin şəxslərdən pulu ala bilmir: "Ayxan o adamlardan pulunu geri alsa, müalicəsini özü aparar. İnanın ki, ailənin satmağa heç nəyi də yoxdur. Çox pis vəziyyətdədirlər. Ayxan o gün dedi ki, bütün qohum-əqrəbadan yardım tələb edir. Babayevlərdən, Cəbiyevlərdən. Deyir, ”bu günə qədər kimin toyuna-yasına nə qədər pul yazdırıblarsa, nə hədiyyə alıblarsa, hamısını geri qaytarsınlar. Hamı toya 100 manat yazdıranda biz 1000 manat yazdırmışıq. İndi əvəzini versinlər. Mən ölürəm, bundan ağır gün var adam üçün?" Bu adamın buna haqqı var. Ayxan deyir, əgər bu sözdən sonra da heç kim hərəkət etməsə, o qohum-qardaşı adbaad yazacaq".
Xəbəri dəqiqləşdirmək üçün qəzet A.Məmmədovla əlaqə saxlayıb. A.Məmmədov telefon zənginə cavab versə də, səhhətindən dolayı danışmaq imkanında olmadığını deyib. O, səhhətindəki kritik durumu təsdiqləyib, amma əlavə suallara cavab verə bilməyib. Bir cümlə ilə dövlətdən dəstək istəyib: "Mənim anam hökumət oyununun qurbanı olub. Mənə dövlət kömək etməlidir”.
azadliq.info