Bunu Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Xətdə” Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Qafqazinfo SalamNews-a istinadən xəbər verir ki, PA rəsmisi belə deyib: "Azərbaycan dövlətinin formalaşdırdığı gənclər, sosial, daxili, milli, mətbuat siyasəti, milli dini azlıqlarla münasibətinin ümumi strategiyası ona yönəlib ki, hər bir insan bu cəmiyyətdə ehtiyaclarını dolğun ödəsin. Həmçinin, onun ehtiyaclarının təmin olunması başqalarına zərər gətirməsin və bunların balansı yaransın. Azərbaycan dövlətinin gənclərdən hər zaman umduğu məsələ dövlətçilik və vətənpərvərlik hissləridir. Milliyətindən, dinindən, irqindən asılı olmayaraq, hər bir gənc öz üzərində azərbaycançılıq ideyası hiss etməlidir."
PA rəsmisi söyləyib ki, bu gün dövlət başçısının yürütdüyü siyasət ölkəmizi hansı yerdən haraya gətirdiyi hər kəsə məlumdur. Dövlət idarəçiliyndə iştirak edən biz məmurlar, sıravi azərbaycanlılar gələcəyimizdən o zaman əmin olacağıq ki, siz gənclər rəqabətə davamlılıqla yanaşı, milli-mənəvi keyfiyyətlərə sahib olacaqsınız.