Sumqayıtdakı "Cümə" məscidində dindarların Rüstəm İbrahimbəyovun prezident seçkilərində iştirakına qarşı toplantısı keçirilib. Mia.az-ın musavat.com saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları deyiblər ki, Rstəm İbrahimbəyov donuz əti yediyini və bunda qəbahət görmədiyini deməklə dini dəyərləri təhqir edib. Dindarların sözlərinə görə, Rüstəm İbrahimbəyov milli-mənəvi dəyərlərdən uzaq adamdır.

Aksiyada Sumqayıtın İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edib. O bildirib ki, prezident İlham Əliyev həmişə milli-mənəvi dəyərlərin keşiyində durub və bundan sonra da elə olacaq.

Sosial şəbəkələrdə dindarların toplantısının görüntüləri yayılıb. Musavat.com həmin görüntüləri təqdim edir.