Bu ilin aprelində "Sabiq deputatdan icra başçısına sərt
ittihamlar” başlıqlı məqaləyə görə İmişlinin icra başçısı Vilyam Hacıyev tərəfindən məhkəməyə verilən keçmiş deputat İltizam Əkbərli prosesdən qalib ayrılıb.
Daha doğrusu,
icra başçısı bu gün keçirilən məhkəmədə iddia ərizəsini geri götürüb.
Bu barədə mia.az-a məhkəmədən daxil olan məlumatda bildirilir ki,
icra başçısının bu addımı hansı səbəbdən atdığı bilinmir:
«Amma İltizam Əkbərlinin prosesi davam etdirilməsi tələbləri nəzərə alınmayıb.
Hakim elan etdi ki,
Vilyam Hacıyev iddiasını geri götürdüyündən şikayətə baxa bilməzlər».
Məlumatla bağlı İltizam Əkbərli ilə danışdıq.
Mia.az-a açıqlama verən sabiq deputat faktı təsdiqləyib.
Onun sözlərinə görə,
İmişli rayon Məhkəməsində keçirilən prosesdə Vilyam Hacıyevin nümayəndəsi çıxış edərək iddialarını geri götürdüklərini deyib:
«Qarşı tərəf bunu son bir il ərzində ayrı-ayrı mətbu orqanlarda və saytlarda getmiş məlumatlarla əlaqələndirdi.
Bildirdi ki,
yalan və ya doğru olmasından aslı olmayaraq,
mən, indiyə qədər dərc olunan həmin məlumatları yazmışam.
Hakim də bundan sonra müşavirəyə gedib,
iddiaçının tələbini, yəni şikayəti geri götürulməsi haqda vəsatəti təmin etdi».
Məsələ ilə bağlı iddiaçı tərəflə əlaqə yaratmaq isə həmişəki kimi mümkün olmayıb.
Xatırldadaq ki,
sabiq millət vəkili İltizam Əkbərli «Yeni Müsavat»da dərc olunan məqalləsində yazıb ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam
Hacıyevin iş adamlarına böyük məbləğdə borcunun yaranması, hətta bu borc
məsələsinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsində araşdırılması barədə mətbuatda yazıların dərci rayonda ciddi
müzakirə mövzusuna çevrilib. Sabiq deputat qeyd edib ki, abadlıq adı altında
çox qısa müddətdə rayonun yaşıllığı, parkları məhv edilib, insanların istirahət
yerləri kütləvi şəkildə alqı-satqı predmetinə çevrilib, iş o yerə çatıb ki,
hətta rayon mərkəzində yeganə istirahət parkının ərazisi belə satılıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə
rayon məhkəməsinə müraciət edib, İltizam Əkbərlinin qarşı şərəf və ləyaqəti
alçaldan, işgüzar nüfuza xələl gətirən məlumatları təkzib etməsini, 100 min
manat təzminat ödəməsini tələb edib. Vilyam Hacıyev məqalənin səhhətinə də
zərər vurduğunu, həkimlərin məsləhəti ilə ambulator müalicə qəbul etməli
olduğunu vurğulayıb.