Böyük avtomobil biznesi üzrə ixtisaslaşmış "Xəzər
Lada” Açıq Səhmdar Cəmiyyəti Binəqədi
rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi
(ƏMDK) və onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
(DƏDRX) Bakı Ərazi İdarəsini məhkəməyə verib.
Buna səbəb isə sözügedən icra hakimiyyətinin sərəncamı əsasında Əsədov Əfqan Eldar oğlunun adına ayrılmış torpaq sahəsinin komitə tərəfindən özəlləşdirilməsidir. «Xəzər-Lada» hesab edir ki, sərəncam əsasında özəlləşdirilən həmin ərazi ASC-yə məxsus olduğundan ləğv olunmalıdır.
Bu barədə mia.az-a daxil olan məlumatda qeyd olunur ki, "Xəzər Lada” ASC-nin Binəqədi rayon İcra Hakimiyyəti, ƏMDK, DƏDRX-nin Bakı Ərazi İdarəsi ilə bərabər fiziki şəxs Əfqan Eldar oğlu Əsədova qarşı «Sərəncamın ləğvi , daşınmaz əmlaka dair qeydiyyat vəsiqəsinin
etibarsız hesab edilməsi və qanunsuz tikilinin sökülərək boşaldılması»ndan bəhs edən tələbinə Binəqədi Rayon Məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya
Məhkəməsində araşdırılır: «İşə Bakı Apellyasiya Məhkəməsində
hakim Məmməd Məmmədovun
sədrliyi ilə baxılır. Hakim bir neçə gün əvvəl keçirilən prosesdə tikinti üzrə ekspertiza aparılması
haqda vəsatəti təmin edib. Tikinti-texniki ekspertizasının nəticəsindən
sonra proses davam etdiriləcək».
Məsələ ilə bağlı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.
span lang="EN-US" style="mso-ansi-language:EN-US"