Azərbaycan Ordusu bu gündən başlayaraq Naxçıvanda geniş miqyaslı hərbi təlimlərinə star verib. Təlimlərdə Müdafiə Nazirliyinin rəhbərliyi, bütün generallar, nazirlik aparatında təmsil olunan zabitlər iştirak edir. 


Bir həftə davam edəcək təlimlərə quru qoşunları, Muxtar Respublikanın Hərbi Hava Qüvvələri və Hava hücumundan Müdafiə Qoşunları cəlb edilib. 26 iyunda Bakıda keçirilən hərbi parada nümayiş olunan ən son model silah və texnikanın bu təlimlərdə sınaqdan keçiriləcəyi planlaşdırılır. Hərbi paraddan sonra təlimin İran və Ermənistanın qulağının dibində keçiriləmsi Azərbaycan Ordusunun regionda əzələ nümayişi kimi qiymətləndirilir.