Mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yenidən bina tikiləcək. "Azadlıq" radiosunun verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Əflatun Amaşovun dediyinə görə, iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.

Qeyd edək ki, ölkə prezideninin 2010-cü ildə imzaladığı sərəncamla mətbuat nümayəndələri üçün paytaxtın Bibiheybət qəsəbəsində 156 mənzilli bina tikilib. Binanın açılışı sabah olacaq.