Qaradağ rayonunda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan şəxslər qiyam qaldırıb.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, qiyama qalxan məhkumlarla danışıqlar aparılıb və onlardan hadisənin böyümədən yatırdılması istənilib. Bundan əlavə, həbsxananın qarşısına xeyli sayda əli avtomatlı əsgərlər də cəlb edilib. Həbsxanadakı qiyamın böyüməsi ehtimalını nəzərə alaraq müəssisəyə yeni dəstək qüvvələri göndərilib.
M. Sadıqov bildirib ki, orada qiyam baş verməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur: "Bizdə konvoy dəstələri planlı şəkildə hər həftənin şənbə günü barələrində hökm çıxmış və Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisələrindən birində cəzasını çəkməyə məhkum edilmiş məhkumları istintaq təcridxanasından müəssisəyə, həmçinin həmin müəssisələrdə olan xəstə məhkumlar müalicə müəssisəsinə aparır”.