Rəmişin xanımından açıqlama gəldi: "Bilmirik kimdir, niyə ölüb"
"Qurban olum, qurtarın bu söhbəti. Hamı bilsin ki, Rəmişin oğlu yoxdur. Rəmişin iki qızı var, vəssalam! O adam kimdir, nəçidir, mən bilmirəm. Bu yayılan söhbətlər hamısı yalandır”. Bu sözləri APA-ya açıqlamasında gitaraçı Rəmişin həyat yoldaşı Güllü Hüseynova deyib. Güllü Hüseynovanın sözlərinə görə, Rəmişin Hüseyn adında oğlu yoxdur:
Güllü Hüseynova əlavə edib ki, nə Rəmiş, nə də onun özü bu məsələ ilə maraqlanmayıb: "Mənim xəbərim yoxdur, Rəmiş də bu məsələ ilə maraqlanmayıb. Bilmirik kimdir, niyə ölüb, harada dəfn olunub”.
Qeyd edək ki, bu gün "Qafqazinfo" Rəmişin Arzu adlı xanımdan qeyri-rəsmi doğulan Hüseyn adlı oğlunun öldüyünü yazıb. Hüseyn Hüseynov ("Quska” adı ilə tanınıb) səkkiz il əvvəl Rusiyada həbs olunub və cəzaçəkmə müəssisələrindən birində cəza çəkib. Hüseyn Hüseynova 9 il həbs cəzası kəsilib. Məlumata görə, H. Hüseynovun meyiti artıq ölkəyə gətirilib və Yevlax qəbiristanlığında torpağa tapşırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08