Bu gün daxili işlər naziri Ramil Usubov yeni əmr imzalayıb.

Mia.az xəbər verir ki, nazirin əmri ilə Niyaməddin Eyvazov Nərimanov rayon Polis İdarəsinin 17-ci polis Bölməsinə rəis təyin edilib.

Agentliyin xəbərinə görə, N.Eyvazov bu vəzifəyə qədər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində rəis müavini işləyib. O, daxili işlər nazirinin müavini, general Vilayət Eyvazovun qardaşı oğludur.