Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Xaçmaz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.
Nazirin digər əmri ilə Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.
Xəbəri Xaçmaz RPŞ-dan təsdiqləyiblər.