Prezident İlham Əliyevin əhlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% artırılıb.
Mia.az SOCAR-a istinadla xəbər verir ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürəni kimi, 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.
Xatırladaq ki, bu barədə ilk xəbəri hələ avqustun 3-də Mia.az saytı yayıb.
Həmin xəbərlə bu linkdən tanış ola bilərsiniz:
http://www.mia.az/w948054/.../
Mia.az