Sumqayıt şəhərində "Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
Mia.az FHN-ə istinadla bildirir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.
Xəsarət alan olmayıb.
Əlavə məlumat veriləcək.
***
Sumqayıtda güclü yanğın başlayıb.
Strateq.az "Report”a istinadla bildirir ki, hazırda "Nur" şadlıq evi yanır.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.