Göygöl rayon ərazisində meşəlik ərazidə yanğın baş verib.
Hadisə yerinə Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin 2, Gəncə şəhər Hacıkənd qəsəbəsindən isə 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Hazırda, təxminən, 2 hektar ərazini əhatə edən yanğının qarşısının alınması üçün işlər görülür.
Faktla bağlı araşdırma aparılır/Report.