Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1265 manatdan 1710 manatadək artırılıb.
Eyni zamanda, qərarla Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavininin aylıq vəzifə maaşı 1380 manat (indiyədək 985 manat), şöbə müdiri, baş mühasibin aylıq vəzifə maaşı 910 manat (indiyədək 649 manat), baş məsləhətçinin aylıq vəzifə maaşı 630 manat (indiyədək 451 manat), aparıcı məsləhətçinin aylıq vəzifə maaşı 600 manat (indiyədək 429 manat), məsləhətçinin aylıq vəzifə maaşı 585 manat (indiyədək 418 mana), Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin aylıq vəzifə maaşı 340 manat (indiyədək 220 manat), sürücünün aylıq vəzifə maaşı 320 manat (indiyədək 242 manat), xadimənin aylıq vəzifə maaşı isə 260 manat (indiyədək 171 manat) olub.
| Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| 1. | İcraçı direktor | 1710 |
| 2. | İcraçı direktorun müavini | 1380 |
| 3. | Şöbə müdiri, baş mühasib | 910 |
| 4. | Baş məsləhətçi | 630 |
| 5. | Aparıcı məsləhətçi | 600 |
| 6. | Məsləhətçi | 585 |
| 7. | Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis | 340 |
| 8. | Sürücü | 320 |
| 9. | Xadimə | 260 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.
***
Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Mia.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:
| Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| 1. | Mərkəzin rəisi | 790 |
| 2. | Mərkəzin rəisinin müavini | 625 |
| 3. | Aparıcı məsləhətçi | 460 |
| 4. | Məsləhətçi | 455 |
| 5. | Avtomobil sürücüsü | 320 |
| 6. | Kargüzar | 295 |
| 7. | Xadimə | 260 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.
***
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Mia.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:
| Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| 1. | İdarə rəisi | 720 |
| 2. | İdarə rəisinin müavini | 520 |
| 3. | Baş mühasib, sektor müdiri | 470 |
| 4. | Baş mühasibin müavini, baş məsləhətçi | 445 |
| 5. | Metodiki Mərkəzin müdiri | 430 |
| 6. | Aparıcı məsləhətçi | 415 |
| 7. | Məsləhətçi | 405 |
| 8. | Metodist | 390 |
| 9. | Bölmə rəhbəri | 375 |
| 10. | Böyük iqtisadçı, böyük mühasib | 370 |
| 11. | Aparıcı mühasib | 350 |
| 12. | İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis | 340 |
| 13. | Avtomobil sürücüsü | 320 |
| 14. | Katibə-kompüter operatoru | 295 |
| 15. | Xadimə, fəhlə | 260 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
| Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| 1. | Baş direktor, direktor | 960 |
| 2. | Baş direktorun birinci müavini | 865 |
| 3. | Baş direktorun müavini, direktorun müavini | 770 |
| 4. | Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib | 650 |
| 5. | Bölmə rəisi | 610 |
| 6. | Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi | 570 |
| 7. | Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis | 515 |
| 8. | Mütəxəssis | 460 |
| 9. | Avtomobil sürücüsü | 320 |
| 10. | Kompüter operatoru, inspektor, xəzinədar | 295 |
| 11. | Gözətçi, xadimə | 260 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.