Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov məzuniyyətini yarımçıq saxlayaraq, Bişkekə qayıdıb.
Bu barədə Qırğız Respublikası rəhbərinin mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bu gün, avqustun 7-də, öz birhəftəlik qısamüddətli məzuniyyətini dayandıraraq, Bişkekə yollanıb", - deyə məlumatda bildirilir/Report.
***
"Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev evindədir”.
Bu barədə sabiq prezidentin müşaviri açıqlama verib.
Bildirilir ki, xüsusi təyinatlıların Atambayevin Koy-daş kəndindəki evinə basqın zamanı onlara mane olmaq istəyən kənd sakinlərindən yaralananlar var/APA.
Xatırladaq ki, bu gün Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması haqda bu gün video xəbərli məlumat yayılıb.
Mia.az TASS-a istinadla xəbər verir ki, xüsusi təyinatlılar Atambayev camaatla görüşərkən, qəfildən onun evinə daxil olublar: "Orada atışma başlanıb. İlkin məlumata görə, əməliyyat zamanı 15 nəfər güllə yarası alıb".
Atışmanın getdiyi anda isə digər dəstə Atambayevi zorla maşına mindirərək, aparıblar.
Mia.az