Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.
Mia.az TASS-a istinadla xəbər verir ki, bu barədə Atambayevin qərargahından məlumat verilib.
Bildirilib ki, xüsusi təyinatlılar Atambayev camaatla görüşərkən, qəfildən onun evinə daxil olublar:
"Orada atışma başlanıb. İlkin məlumata görə, əməliyyat zamanı 15 nəfər güllə yarası alıb".
Atışmanın getdiyi anda isə digər dəstə Atambayevi zorla maşına mindirərək, aparıblar.