Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi açıqlama yayıb.
Bildirilib ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq..
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.