Daxili İşlər naziri Vilayət Eyvazov Nəsimi rayonuna yeni polis rəisi təyin edib.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, V.Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mirnemət Mirbabayev Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.
Təyinat xəbərini Nəsimi rayon Polis İdarəsindən təsdiqləyiblər
Qeyd edək ki, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev buna qədər Göygöl Rayon Polis Şöbəsinin rəisi olub.
Onu da qeyd edək ki, Nəsimi rayonunun rəisi "Bandoetdel"ə rəis təyin olunub.
Mia.az