Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub.

Bu barədə müvafiq sərəncam imzalanıb. 

Bu vəzifəyə hələlik yeni təyinat olmayıb/Report. 

Mia.az-ın əldə etdiyi məlumata görə, MSN-də təkcə nazir müavini vəzifədən çıxarılmayıb. Belə ki, Mədət Quliyev nazirin müşaviri ilə yanaşı, daha bir neçə vəzifəli şəxsi də nazirlikdən uzaqlaşdırıb.

Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi. 

Xatırldaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Sənayesi naziri təyin olunub