"Kvemo Kartlidə, Marneulidə yerli icma ilə görüşdüm, çay içərək ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik”.

Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze özünün "Facebook” səhifəsində yazıb.

O bildirib ki, gürcü və azərbaycanlılar arasında qardaşlıq və münasibətlər çox dəyərlidir:

"Bizi vətən və gələcəyimiz birləşdirir. Gənclərlə siyasətdən, təhsil islahatlarından, işlə təminat barədə və iqtisadi imkanlarımızdan danışdıq. Maraqlı təşəbbüslər irəli sürüldü və biz onları növbəti görüşümüzdə - parlamentdə gəncləri qəbul edərkən müzakirə edəcəyik”.

Report