Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Mia.az  Dövlət Dəniz Agentliyinə istinadla bildirir ki, qərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

 Xilasetmə əməliyyatları həyata keçirilir.