Prezident İlham Əliyev bu gün fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, "ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında”, "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” sərəncamda dəyişiklik edilib
Dəyişiklik ADA Universitetinə, Bakı Mühəndislik Universitetinə, Bakı Xoreoqrafiya Akademiyasına qəbul qaydalarına dəyişikliklə bağlıdır.
Belə ki, bu ali təhsil müəssisələrinə qəbul həm də Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında həyata keçiriləcək.