Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az Strateq.az-a istinadla xəbər verir ki, sərəncama əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini təyin edilib.
Xatırladaq ki, 970-ci il təvəllüdlü Seyfulla Əzimov da Azərbaycan Polis Akademiyasının məzunudur.
Əvvəllər Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.
2014-cü ilin noyabrın 4-dən isə, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tuturdu.