"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunu həmsədri kimi ABŞ-ın roluna böyük əhəmiyyət verirəm”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Donald Trampa ünvanladığı məktubda vurğulayıb.
"Ümid edirəm ki, birgə səyimizlə regionun sabitliyi və təhlükəsizliyi naminə problemin dinc yolla həllinə nail olacağıq”, - Ermənistan hökumətinin başçısı bildirib. /Report