Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə yeni idarə rəisi təyin olunub.
Mia.az xəbər verir ki, bu barədə "Azneft” İB məlumat yayıb.
Bildirilib ki, "Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə "Bibiheybətneft” NQÇİ-nin baş mühəndisi Cavanşir Allahverdiyev təyin olunub.