Zaqatala rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a verilən məlumata görə, zəlzələ ilkin məlumatlara əsasən, yerli vaxtla saat 11:25-də Zaqatala rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 3, dərinliyi 25 km olan zəlzələ hiss olunmayıb.