İyunun 7-dən 11-dək keçiriləcək "Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları Naxçıvana gəlib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər gündən-günə inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar.

Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.