Azərbaycanda iyun ayında beş gün qeyri-iş günü olacaq. 

Mia.az xəbər verir ki, iyunun 5-i, 6-sı, 15-i, 17-si və 26-na iş günü olmayacaq.

Belə ki, həmin ayın 5-i və 6-sı Ramazan bayramı, 15-i Qurtuluş günü, 26-sı isə Silahlı Qüvvələri günüdür. 

Əmək Məcəlləsinə əsasən, iyunun 15-i şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si də qeyri-iş günü hesab edilir.