"Arsenal"ın Bakıda keçiriləcək Avroliqanın finalında oynayacaq erməni oyunçusu Henrik Mkhitaryan üçün UEFA-dan "Təhlükəsizlik təminatı" istəməsinə Azərbaycan Xarci İşlər Nazirliyindən cavab gəlib.

Mia.az xəbər verir ki, XİN sözçüsü Leyla Abdullayeva erməni oyunçunun heç bir problemsiz Bakıda final oyununu oynaya biləcəyini deyib: "Azərbaycan bu günə qədər bir çox idman yarışlarlna erv sahibliyi edib və ermıni idmanşçılar da bunlara qatılıb. İdman və siyasət bir-birindən ayrıdır".