Bu gündən avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadə etməyə icazə verilir.
Mia.az xəbər verir ki, bu icazə mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə davam edəcək.
Qeyd edək ki, Azərbaycanda pərdə və jalüzə görə tələbləri pozan sürücülər üçün 150 manat cərimə müəyyən edilib.