"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir". 

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Ağcabədi rayonunda keçirilən regional müşavirədə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində böyük islahatlar, özünüməşğulluq proqramları həyata keçirilir: "2004-cü ildən bu günədək 2 milyona yaxın yeni iş yeri açılıb və insanlar işlə təmin olunub. Bununla da insanların rihaf halı yaxşılaşıb. Bu gün Azərbaycanda elektrik enerjisi, qaz və su problemi yoxdu. Bölgələrdə yeni içməli su təchizatı və kanalizasiya sistemləri qurulur".

Report