Aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan Moskvada görüşəcək.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan CİN açıqlama yayıb.

Bildirilib ki, tərəflər arasında görüş Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutacaq.