Prezident Ilham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil bağışlayıb.
Mia.az unikal.org-a istinadən xəbər verir ki, bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib.
Xəbəri körpənin atası Rauf Həsənov təsdiqləyib: "Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə, cənab prezidentə və xanımına təşəkkür edirəm".