Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, E.Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisidir.