Daxili İşlər naziri Ramil Usubov iki polis rəisinin yerini dəyişib.
Mia.az unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Sadıq Abbasov Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə, Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Xəbəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən təsdiqləyiblər.