"Ermənistan aprel döyüşlərində səfərbərlik elan etdi. İrəvandan toy-bayramla Qarabağa yollandılar. Onlar gəlib heç Qarabağa çıxa bilmədilər".
Mia.az xəbər verir ki, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib. O bildirib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun 20 faizi bütün Ermənistan ordusunu 3-4 günədarmadağın edib:
"Biz əks hücuma keçdik, ancaq itkilərimiz onlardan 3 dəfə az oldu. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma ayrı yolumuz yoxdur, gərək biz Vətənimizi müdafiə edək. Döyüşlər hərbi baxımdan çətin vəziyyətdə keçdi. Gecə, dağlarda, düşmənlə birbaşa təmasdan əks hücuma keçmişdik. Ordumuz yüksəkdöyüşkənlik bacarığı nümayiş etdirdi. Yaralı zabitlərimiz döyüşdən çıxmırdılar. Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gündə darmadağın etdi. Onlarda güc də yoxdur. Bir istiqamətdə hücum etmək istədilər və nəticəsi olmadı. Azərbaycanın 1 tankı minaya düşdü, sonra onu bərpa etdik, Ermənistan isə 30 tank itirdi. Bizdə top itkisi 1, ermənilərdə 15 oldu,300-dən çox şəxsi heyət öldü. Aprel döyüşlərinin nəticəsi Ermənistan üçün faciəvi oldu. Onlar bütün siyasətləri Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan ordusu 18 dəqiqə ərzində bu xəttə yarmışdı. 18 dəqiqdən sonra onlar qaçmağa başladılar”.
"1918-ci ildə ermənilərə Azərbaycan torpaqları üzərində dövlət qurmaları üçün imkan yaradıldı. Buna baxmayaraq, onlar öz dövlətini qurduqdan sonra Azərbaycana, xalqımıza və türk millətinə qarşı cinayətər törətdilər. Ona görə də biz bu tarixi hadisələrdən nəticə çıxarmalıyıq. Ermənilər hər zaman Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqedə durublar və duracaqlar. Buna görə də biz həmrəy olmalı və xalqımızı müdafiə etməliyik. Azərbaycan höküməti dövlətin gücləndirilməsi üçün planlı şəkildə ciddi işlər həyata keçirir. Daxili və xarici, eləcə də ordu quruculuğu istiqamətində ciddi işlər görülür. Azərbaycan gücləndikcə ermənilər daha da fəallaşmağa başlayırlar. Onlardan istifadə edirlər. Ermənilər bədbəxt millətdirlər. Onlar böyük dövlətlərin əlində alətə çevriliblər”.
Müdafiə nazirivurğulayıb ki, aprel döyüşlərindən öncə Müdafiə Nazirliyinin zabitləri təxribatların qarşısının alınması üçün planlar hazırlayıb:
"Azərbaycan gündən-günə güclənir. İlk olaraq ölkənin iqtisadiyyatı, daha sonra isə ordusu güclənir. Prezidentİlham Əliyevin Azərbaycan Ordusunda həyata keçirdiyi islahatların nəticəsi olaraq ordumuz gücləndi və düşmənə sarsıdıcı zərbələr endirdi. Aprel döyüşlərindən öncə də bizim ermənilərlə toqquşmalarımız olub. Misal üçün, 2015-ci ildə ermənilər böyük itkilər verdilər. Bundan sonra onlar birləşib təxribatlar törətməyi fikirləşdilər və bu təxribatlara 2016-cı ilin aprelində əl atdılar. Məndən bəzən soruşurlar ki, aprel döyüşlərində əmri kim vermişdi? Biz hərbçi olaraq hər zaman düşmənin təxribatına hazır olmalıyıq. Bu planlar öncədən hazırlanır və təsdiqlənir. Eləcə də, həmin planlar hərbi hissələrdə müəyyən vəzifəli şəxslərə payanılır. Yəni, təxribatın qarşısının alınması qabaqcadan bilinir. Bu planlaşdırılmışdı və ümumi plan Ali Baş Komandan tərəfindən təsdiqlənmişdi”.