Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il üçüncü dəfə Rusiyaya səfər edəcək.
Mia.az xəbər verir ki, aprelin 8-də baş tutması planlaşdırılan səfər çərçivəsində R.T.Ərdoğan Türkiyə-Rusiya Mədəniyyət və Turizm ilinin açılışı və Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək, Bolşoy Teatrın əsas səhnəsində "Troya” operasını izləyəcək.