Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü başlayıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan da iştirak edir.
"Bristol” mehmanxanasında keçirilən görüşün 2 saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu, İlham Əliyevin Nikol Paşinyanla ilk rəsmi görüşüdür. Daha əvvəl tərəflər arasında üç dəfə ayaqüstü görüş olub. Bunlardan biri Moskvada, digəri Düşənbədə keçirilən MDB ölkələri başçılarının sammiti çərçivəsində, sonuncusu isə İsveçrədəki Davos forumu zamanı baş tutub.