"Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə baş prokuror Zakir Qaralov çıxış edib.

Z.Qaralov bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət işi başlanılıb:

"Yanğın texniki, tikinti-texniki, fiziki-kimyəvi, əmtəəşünaslıq ekspertizaları təyin edilib. Qısa müddətdə yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizalar həyata keçiriləcək. Hadisə ilə bağlı sahibkarlar dindiriləcək”.