Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib.
Mia.az-ın əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sumqayıt şəhər 4-cü polis bölməsinin keçmiş rəisi polis polkovnik-leytenantı Ruslan Hüseynov Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən Mia.az-a təsdiqləyiblər.
Qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.