Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, birincisi, Azərbaycan XİN günlərdir həmsədlərin son bəyanatını tərifləməkdənsə başqa dövlətin təhlükəsizlik şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi isə, bu təxribata görə birbaşa həmsədrlərdən izahat tələb etməlidir:
"Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir. Xankəndidə də ona görə iclas çağırır ki, müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etsin".