Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Rusiyanın mövqeyi dəyişməz olaraq qalır və hər kəsə məlumdur”. 

Mia.az xəbər verir ki, bu sözləri bu gün Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, martın 12-13-də Türkiyədə iki ölkənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu ilə Sergey Lavrovun sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında Cənubi Qafqazda vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq.