Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağaqardaş Qaraşova tapşırıb.

Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Xəbəri nazirlikdən Mia.az-a təsdiqləyiblər. Bildirilib ki, işdən azad edilən Söhrab Abbasova başqa vəzifə verilib. O,   "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-yə sədr müavini təyin olunub.

Mia.az