Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müdafiə Məsələləri üzrə Dövlət naziri Məhəmməd Əhməd Əlbavardi Əl Flasi ilə görüşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, görüşdə maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.