Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov hesabat xarakterli məqaləsində polisin fəaliyyətində də toxunub.
Mia.az bildirir ki, şöbə müdiri polisin fəaliyyəti ilə bağlı şikayətlərin əsasən aşağıdakı rayonları əhatə etdiyini vurğulayıb:
"Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olub”.