Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.
Prezident sakinlərə bildirib ki, müvafiq göstərişlər verilib:
"Fövqəladə hallar naziri dünəndən Şamaxıdadır. Yaxşı işləyirlər. Harda ki evləri bərpa etmək mümkündürsə, bərpa ediləcək. Harda ki bərpa etmək mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb”.