Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, bu ilin may ayının 2-si və 3-də  Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.