Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanı təbrik edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, 

ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram".